Qiymətlər göydə - hamı balon gəzir... - REPORTAJ

Qiymətlər göydə - hamı balon gəzir... - REPORTAJ
16:14 31 Dekabr 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə gündür ölkənin avtomobil hissələri və akssesuarları satılan bazarlarda qələbəlik yaşanır. Devalvasiyaya baxmayaraq bu aktivliyin səbəbi var. 

 

2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı başladılacaq reydlər insanları bazarlara axın etməyə vadar edir. Onu da qeyd edək ki, bu vasitələrə sahib olmayan sürücülərə qarşı cərimələr də sərtləşdirilib.

 

"Musavat.com"-un əməkdaşları paytaxtın Babək prospektində yerləşən və şəhərdə hamının “Maşın bazarı” kimi tanıdığı avtomobil ehtiyat hissələrinin satıldığı məkanda olublar. 


Bazarda “iynə atsan, yerə düşməz”

 

Bazarın girişində avtomobil sıxlığını gödükdə vəziyyətin nə yerdə olduğu haqda təsəvvür etmək olurdu. Hər kəs cərimələrdən yayınmaq və tələb olunan ləvazimatları almaq üçün sıraya düzülmüşdü. 

 

Bazarda satıcı işləyən Zakir Məmmədov deyir ki, qiymətlərin baha olmasına baxmayaraq, işləri yaxşı gedir:“Qiymətlər demək olar ki, iki dəfə bahalaşıb. Misal üçün, əvvəl 5-10 manata satdığımız tibbi yardım çantası indi 20-30 manat olub. Bu, bizdən asılı deyil. Çünki özümüz də baha alırıq, məcburən baha satmalıyıq. Amma işimiz yaxşıdır. Səhər saat 9-dan indiyə qədər ( 12:30 ) 25 ədəd tibb çantası satmışam. Özümdə qurtardığı üçün qonşu dükanlardan da əlavə götürmüşəm”.

 

Z.Məmmədov deyir ki, yanğınsöndürmə balonlarının qiyməti də bahalaşıb: “İki gün bundan öncə adi, monometri olmayan balon 17 manat idisə, indi 20-23 manat arasında satılır. Bütün tələblərə cavab verən balonu 60-65 manata satırıq”.   

 

İnsanlar çaşqınlıq içindədir

 

Yanğınsöndürmə balonları arasında olan fərqlər və hansının keçərli, hansının yararlı olmaması barədə ziddiyyətlər insanların çaşqınlığına səbəb olub. Alıcıların bir çoxu qiyməti 20-23 manat arasında satılan balonlardan aldıqlarını deyirlər. Lakin bu balonlar tələb olunan  standartlara cavab vermir. 

 

Alıcı Vahid Qasımovun sözlərinə görə, bu məsələ ortaya çıxandan bəri bütün tələb olunan akssesuarları alıb: “5 gün öncə gəlib, elə bu bazardan tələb olunan hər şeyi aldım. Tibb çantası, avtomobil qəza işarəsi və yanğınsöndürmə balonu. Üçünə 47 manat pul verdim. O zaman hələ qiymətlər bu qədər bahalaşmamışdı. Amma dünən dost-tanış deyir ki, bəs, həmin balon işə yaramır. Başlığında mütləq monometr və üzərində istifadə müddəti olmalıdır. Qiymətini soruşuram, mənə 60 manat pul “oxuyurlar”. İnsanların maddi vəziyyətinin çətin vaxtında belə çıxır ki, boş yerə pul verib, həmin o balonları almışıq. Camaatı belə ələ salmaq olar?“

 

Alıcı Kənan da qiymətlərin birdən-birə bu qədər şişirdilməsindən gileylənir: “Başa düşə bilmirəm, nəyə görə mən bu çətin vaxtda uşağımın boğazından kəsib, kimsə pul qazanacaq deyə pulumu belə şeylərə verim. İndiyə qədər niyə yada düşmürdü insanların təhlükəsizliyi? Nə oldu, birdən yadlarına düşdü millət? Bu qədər də zülm etmək olmaz insanlara. Heç kim konkret söz demir. Gah deyirlər, bu balon tələblərə cavab vermir, gah da bir aptek dolu dərmanı tibb çantasında daşımağı tələb edirlər”.


Qanun bu haqda nə deyir?

 

“Balon necə olmalıdır, yoxdursa, bunun cəriməsi nə qədərdir” sualına cavab İnzibati Xətalar Məcəlləsinin (İXM) 302.1-ci maddəsində açıq şəkildə izah olunur. 

 

İXM-in 302.1-ci maddəsinin mətni belədir:

 

302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

 

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinə, habelə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) öz mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yanğınsöndürmə vasitələri saxlamaq vəzifəsini daşıyır. Qanunvericiliyin bu mövqeyi aydındır, yəni avtomobilin, traktorun və s. sahibi nəqliyyat vasitəsində yanğınsöndürən balon saxlamağa borcludur. Amma qanunun qoyduğu vəzifənin icra edilməməsinə görə məsuliyyət məsələsi də qanunda tam aydın və birmənalı olmalıdır. Lakin bunu İXM-in 302-ci maddəsinə münasibətdə görmürük. Səbəbi isə çox sadədir. İXM-in tətbiqi barədə 389 saylı fərmanın 3.39-cu bəndinə, habelə inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının (634 saylı fərmanla təsdiqlənən siyahının) 14-cü bəndinə baxdıqada aydın olur ki, 302-ci maddə üzrə məsuliyyətə cəlb etmək səlahiyyəti birmənalı olaraq Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarına aiddir. Bu, o deməkdir ki, DYP əməkdaşı 302.1-ci maddə üzrə nəinki cərimə tətbiq etmək, heç protokol tərtib etmək səlahiyyətinə də malik deyil.

 

Bir sözlə, klassik şairimizin 105-110 il öncə yazdığı “Əcnəbi göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz” misralarını bu gün bir balaca dəyişərək belə yazmaq olar: İndi avtomobil minirik, amma bazarlarda xarici balonlar gəzirik.

 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

AZƏRBAYCANLI müğənniyə AĞIR İTKİ

25 Sentyabr 2017 10:03

Donald Tramp daha üç ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib

25 Sentyabr 2017 10:02

Zaqatala meşəsində baş verən yanğın söndürülüb

25 Sentyabr 2017 10:02

Millimizdə yeni futbolçu

25 Sentyabr 2017 09:57

BAKI: 695 bal toplayan tələbə bu ixtisası seçdi

25 Sentyabr 2017 09:56

Heydər Əliyev Sarayında "Məşhurlar və övladları"

25 Sentyabr 2017 09:54

Zavodda GÜCLÜ PARTLAYIŞ: 8 ölü, 30 yaralı

25 Sentyabr 2017 09:53

Bakıda 48 yaşlı kişi intihar edib

25 Sentyabr 2017 09:52

VALYUTA MƏZƏNNƏLƏRİ

25 Sentyabr 2017 09:48

İraqda sığınacaqda saxlanılan azərbaycanlı uşaqlardan birinin qohumları tapıldı - FOTO

25 Sentyabr 2017 09:48

Adriana Limanın yəhudi əsilli sevgilisi PİS VƏZİYYƏTDƏ QALDI - FOTO

25 Sentyabr 2017 09:48

Payız zövqünüzü bizimlə yeniləyin

25 Sentyabr 2017 09:47

Zaqatalada meşə yanğını söndürülüb

25 Sentyabr 2017 09:44

Azərbaycan akademik avarçəkəni dünya çempionatında mübarizəyə başlayıb

25 Sentyabr 2017 09:42

Cəbhədən son məlumat

25 Sentyabr 2017 09:41

Arda Turan sevgilisindən yenə ayrıldı - FOTO

25 Sentyabr 2017 09:39

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

25 Sentyabr 2017 09:38

Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib

25 Sentyabr 2017 09:37

Ramin Musayev: "Kişi kişini vurar da…"

25 Sentyabr 2017 09:37

Atəşkəs 148 dəfə pozulub

25 Sentyabr 2017 09:34

Tuba Büyüküstünün eks-ərindən ŞOK AÇIQLAMA: “Onun sevgilisi var deyə…”

25 Sentyabr 2017 09:33

Dünya birjalarında neft

25 Sentyabr 2017 09:31

Tarixi referendum başladı – KÜRDÜSTAN MÜSTƏQİL OLUR

25 Sentyabr 2017 09:29

Aydın Əliyev Ağdamda qəbul keçirəcək

25 Sentyabr 2017 09:28

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.09.2017)

25 Sentyabr 2017 09:27

AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsinin müzakirə edəcək

25 Sentyabr 2017 09:27

Erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozub

25 Sentyabr 2017 09:27

Mərkəzi Bank günün məzənnəsini

25 Sentyabr 2017 09:27

11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi

25 Sentyabr 2017 09:24

Tikintidə İNANILMAZ qəza: Dəmir qarnından girib başından çıxdı -VİDEO

25 Sentyabr 2017 09:23

"Yaxşı ki atama oxşamamışam" - məşhur müğənninin oğlu

25 Sentyabr 2017 09:19

Neft ucuzlaşdı

25 Sentyabr 2017 09:18

Sentyabrda necə geyinək?

25 Sentyabr 2017 09:14

Cüdoçularımız Avropa çempionatından 5 medalla qayıdır - FOTOLENT

25 Sentyabr 2017 09:09

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 09:07

ABŞ-da həbsxanada qiyam - Ölən və yaralananlar var

25 Sentyabr 2017 09:03

İran Qərbi Azərbaycanda təlimlərə başladı

25 Sentyabr 2017 08:38

Trampdan yeni fərman - Daha 3 ölkə üçün qapılar bağlandı

25 Sentyabr 2017 08:28

Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq

25 Sentyabr 2017 08:13

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25 Sentyabr 2017 08:02

Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR

25 Sentyabr 2017 07:28

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

25 Sentyabr 2017 07:19

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43