"Azərbaycan Türk dünyasının bir parçasıdır" (VİDEO)

"Azərbaycan Türk dünyasının bir parçasıdır" (VİDEO)
06:31 1 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Bü gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gündə bu xalqın yaşadığı və yaşayacağı məqamlara aydınlı gətiriləcək.

Xalq şairi Sabir Rüstəmxanlı “Nəzər Nöqtəsi”nin qonağı olub.

- Sabir müəllim bəzən bu xalqda natamamlıq kompleksi yaşanır. Bu xalq, xalq olmayacaq. Bu millət düzəlməyəcək və s. Bu cür aşağılamaqla, bu xalqda bu natamamlıq kompleksini yaratmağın məqsədi nədir?

- Xalqda natamamlıq kompleksi bu təbliğatın və aparılan siyasətin nəticəsidir. 200 ildən bəri Azərbaycan parçalanandan sonra İranda öz içimizdən çıxan nankorlar tərəfindən təbliğat aparılır ki, guya bunlar türk deyillər və onlar sonradan türk dilində danışmağı öyrəniblər.

Rusiya isə burda fərqli bir təbliğat aparıb - əlifbanı dəyişib, tarixini unutdurub, adını və soyadını dəyişdirib. Rusiya bununla belə bir təəssəvür yaratmağa çalışıb ki, məhz Azərbaycan kimi xalqlar sovetlər dönəmində yaranmış bir xalqdır. Qonşuluğumuzda qədim xalqlar yaşayır, biz də sonradan bura gəlmişik. Halbuki, biz bura sonradan gəlməmişik, buranın köklü xalqıyıq. Beləliklə gah köçəri, dönmə, bu dili sonradan qəbul edən, gah da öz tarixi, dili, adı olmayan – min bir şey uydurublar ki, bu xalqda özünə olan inamı qırsınlar, itirsinlər.

Halbuki, Azərbaycan türkləri, Azərbaycan Türk Xalqı qonşuluğumuzda bizimlə illər uzunu yox, əsirlər və min illər uzunu qardaş kimi yan-yana yaşamış bir sıra azsaylı xalqlarda var. Amma ümumilikdə bütün bunların hamısına azərbaycanlı deyirik. Biz bu gün azsaylı xalqların mədəniyyətinin dirçəlişinə yardım edirik.

Azərbaycanda həm ləzgi, həm talış, həm avar, həm də kürdlər var. Amma bunların yanında, Azərbaycanda azərbaycanlıların böyük əksəriyyətini təşkil edən bir Azərbaycan türkləri var. Bu türklər Türk dünyasının bir parçasıdır, bunun da şanlı və şərəfli bir tarixi var. Və dünyada türklər qədər şərəfli tarixi olan ikinci bir xalqın olmadığını deyirlər. Biz bundan ayrıla bilmərik - ədəbiyyatımız, tariximiz, keçdiyimiz yollar, yaşan tərzimiz birdir.

- Sabir müəllim nədənsə, biz bəzən öz düşmənlərimizi dəyərləndirə bilmirik. Məsələn, bəzən düşmənimizi şişirdirik, bəzən də çox kiçildirik. Elə götürək erməniləri. Bəzən erməni lobbisinin dünyaya ağalıq etdiyini deyirik, bəzən də ermənin heç kəsdir. Məhz bizim böyük problemlərimizdən biri də düşmənimizi düzgün dəyərləndirmək deyilmi?

– Təbi ki, bu problem var. Əslində erməni lobbisi haqqında təəssəvürümüz doğru deyil. Azərbaycan diasporu ilə erməni diasporu eyni gücdə ola bilməz. Hələ bir müddət bu mümkün deyil. Niyə? Çünki, ermənilərin diaspor dedikləri əslində diaspor deyil. Ermənilərin Qafqazda vətəni olmayıb. Ermənilərin Qafqaza gəlmə tarixi məlumdur. Ermənilərin diaspor dedikləri əslində ermənilər üçün vətən olan yerlərdir. Məsələn, əgər bu gün Livanda erməni varsa, elə o, həmişə orda yaşayıb. Fransada ermən varsa, 5-6 yüz ildir ki, o orda yaşayır. O, artıq Fransa vətəndaşıdır. Onda heç vətən həsrəti də yoxdur. Çünki, o Fransaya Ermənistandan getməyib. Onları Ermənistan məhz kilsə bağlayıb. Erməni diasporu çox güclüdür. Çünki, o ölkələrin vətəndaşlarıdır.

Amma bizim diasporumuz son 200 ildə - bir hissəsi İrandan, digər bir hissəsi isə Azərbaycandan dolanışıq dalınca göçüb gedənlərdir. Hazırda onlar orda tam oturuşmayıblar. Onlar heç oranın vətəndaşlığını belə qazanmayıblar. Ona gərə də bunların imaknaları yoxdur.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR