Azərbaycanlı müğənnin xalq artisti ilə toyunun təfərrüatları (VİDEO,FOTO)

Azərbaycanlı müğənnin xalq artisti ilə toyunun təfərrüatları  (VİDEO,FOTO)
04:46 3 Yanvar 2016
141 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur rusiyalı opera ifaçısı 44 yaşlı Anna Netrebko ilə evlənən 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazovun toyu barədə bəzi təfərrüatlar bəlli olub.

ANS PRESS-in məlumatına görə, məşhur cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada olub.

"Palais Coburg" otelində keçirilən mərasimdə Filipp Kirkorov şahid kimi iştirak edib. Mərasimdə Iqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo və həmçinin bir çox başqa musiqiçilər, bəstəkarlar və müğənnilər iştirak edib. Ümumilikdə toya təxminən iki yüz qonaq dəvət olunub.



Anna Netrebko kral ailə üzvlərinin taxdığı tacdan taxıb. Kübar cəmiyyətin seçimi olan "Chopard" sadə və gözəl tacı ifaçıya təqdim edib. Bu tac Britaniya kraliçasının nəvəsi Uilyamın həyat yoldaşı Keyt Midltonun toy günü taxdığı tacla oxşardır. Ekspertlərin qiymətləndirmələrinə görə, unikal tacın dəyəri təxminən iki milyon avrodur. Bu tac Netrebkonun toyu üçün xüsusi hazırlanıb. Ağ qızıldan olan tac brilyantlarla bəzədilib.



Rusiyalı opera ifaçısının toy zamanı geydiyi gəlinlik libasının eskizi özü tərəfindən tərtib edilib. Anna Netrebkonun bu donu səkiz aya tikilib. Paltarı Vyanada yaşayan rus dizayner İrina Vityaz hazırlayıb. Onun müştəriləri arasında məşhur Hollivud ulduzları və başqa tanınmışlar var.



Ötən il nişan mərasimi olan cütlük dekabrın 29-da evlənib. Anna və Yusif üçün bu ilk nikah olub. Belə ki,Anna oğlunun atası - opera sənətçisi Ervin Şrotto ilə rəsmi nikahda olmayıb.



Yusif Eyvazov və Anna Netrebko 2014-ci ilin fevral ayında "Manon Lesko" operasında birgə fəaliyyət zamanı Roma şəhərində tanış olublar. Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük Teatrda və Milan teatrında aparıcı rollarda çıxış edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR