Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı geriyə sayım başlayıb

Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı geriyə sayım başlayıb
12:18 4 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC
Bu il iyunun 1-dən 4-dək III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.
AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, tədbirin məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivalın saytında artıq geriyə sayım başlayıb. İştirak üçün 2016-cı il martın 31-dək müraciət etmək mümkündür. Bu barədə məlumat Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) saytında da yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Turizm_Filmleri_Festivali_ile_bagli_geriye_sayim_baslayib-916028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR