Bakı Uşaq Teatrının tamaşası Şimali Kipr Türk Cümhuriyyətində nümayiş olunacaq

Bakı Uşaq Teatrının tamaşası Şimali Kipr Türk Cümhuriyyətində nümayiş olunacaq
14:38 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri, rejissor İntiqam Soltan Şimali Kipr Türk Cümhuriyyətində bir sıra görüşlər keçirib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər Şimali Kipr Türk Cümhuriyyətinin Narkotika ilə Mübarizə Komissiyasının rəhbəri Hasan Karaokçunun dəvəti ilə reallaşıb.
Tədbir çərçivəsində İntiqam Soltanın Kiprdə tamaşa hazırlaması məsələsi müzakirə olunub. Narkomaniya ilə mübarizə kompaniyası çərçivəsində demək olar ki, Azərbaycanın bütün rayon, universitet və kolleclərində nümayiş olunmuş, ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan olan “Həyatla oyun” tamaşasının Kiprdə səhnələşdirilməsi planlaşdırılır. Azərbaycan və Kipr aktyorlarının birgə ifasında bu tamaşanın hər ikim ölkədə nümayişi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Usaq_Teatrinin_tamasasi_Simali_Kipr_Turk_Cumhuriyyetinde_numayis_olunacaq-916163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR