Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovdan

17:53 5 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz, parlaq siyasi xadim istedadınız, Azərbaycan xalqının rifahı naminə yorulmadan çalışmağınız haqlı olaraq həm Azərbaycan Respublikasında, həm də onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət qazandırıb.
Sizin rəhbərliyinizlə iqtisadiyyatda və sosial sahədə dəyişikliklər, maraqlı investisiya və mədəniyyət layihələri uğurla həyata keçirilir, Azərbaycan ardıcıl olaraq dünya arenasında öz nüfuzunu yüksəltməyə nail olur.
Rusiya və Azərbaycan xalqları tarixən zəngin qarşılıqlı fəaliyyət təcrübəsinə, mənəvi və mədəni yaxınlığa əsaslanan qardaşlıq, dostluq və mehriban qonşuluq telləri ilə bağlıdır. Əminəm ki, zamanın sınağından çıxmış bu dostluq və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da yalnız möhkəmlənəcək və inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə Sizə yeni uğurlar, möhkəm cansağlığı, sülh və firavanlıq arzularımı qəbul edin.
Hörmətlə,
Ramazan Abdulatipov
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR