Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovdan

17:58 5 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Ulyanovsk vilayətinin hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və firavanlıq diləyirəm. Qoy bütün işləriniz uğurlu olsun, müvəffəqiyyət və sabitlik bütün həyatınızı müşayiət etsin.
Ulyanovsk vilayəti ilə azərbaycanlı tərəfdaşlar arasında hərtərəfli əlaqələrin inkişafına göstərdiyiniz dəstəyə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Ümidvaram ki, bundan sonrakı əməkdaşlığımız daha da möhkəmlənəcək və yeni müştərək layihələrlə zənginləşəcək.
Dərin hörmətlə,
Sergey Morozov
Rusiya Federasiyasının Ulyanovsk vilayətinin
qubernatoru

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR