Xalq artisti azərbaycanlı müğənni ilə "bal" ayında (FOTO)

Xalq artisti azərbaycanlı müğənni ilə "bal" ayında (FOTO)
10:31 6 Yanvar 2016
63 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış 44 yaşlı rusiyalı məşhur opera ifaçısı Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazov Vyanada nağıllar aləmində olduğu kimi bal ayı keçirirlər.

ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl dəbdəbəli toy edən cütlük sosial şəbəkədə şəkillərini yayıb.

Şəkillərdə gənc ailənin sevgi dolu pozitiv ruhda olduğu təvsir olunub. Anna Netrebko 7 yaşlı oğlu Tyaqo ilə birgə əyləncəli anlar keçirib.


Anna Netrebkonun "facebook" səhifəsi

Bir büddət öncə baş tutan toyda Filipp Kirkorov şahid kimi iştirak edib. Toyda İqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo və həmçinin bir çox başqa musiqiçilər, bəstəkarlar və müğənnilər iştirak edib.

Onların arasında Azərbaycanın mədəniyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və pianoçu Fərhad Bədəlbəyli də olub.

Azərbaycanlı rəsmilər mərasimə ailə üzvləri ilə birlikdə qatılıblar.



Ümumilikdə toya təxminən iki yüz qonaq dəvət olunub.



Anna Netrebko kral ailəsinin taxdığı tacdan taxıb. Tac "Chopard" firması tərəfindən ifaçıya təqdim olunub. Bu tac təxminən 2 milyon avro dəyərindədir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR