Quldurluq edən şəxs məhkəmə zalında həbs olunub

Quldurluq edən şəxs məhkəmə zalında həbs olunub
12:22 6 Yanvar 2016
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Novruzov 4 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, quldurluq hadisəsi 2015-ci ildə Keşlə qəsəbəsində baş verib. 1989-cu il təvəllüdlü Vaqif Novruzov oğurluq məqsədilə evə girsə də, mənzilin sahibi evdə olub. O, quldurluq yolu ilə mənzildən 70 manat pul götürüb. Polis əməkdaşlarının əməliyyat axtarış tədbiri nəticəsində V.Novruzov həbs edilib.
O, Cinayət Məcəlləsinin 180.2.3 (yaşayış sahəsinə, habelə binaya,anbara və ya başqa saxlac yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR