Şimalı Koreyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Şimalı Koreyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
20:29 6 Yanvar 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurası Şimalı Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft bəyan edib.

 

“Biz sanksiyalarla bağlı digər Təhlükəsizlik Şurasına üzv olan ölkələrlə müvafiq işlər görəcəyik”, deyə M.Raykroft bildirib.

 

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib. Bir sıra dövlətlər rəsmi Pxenyanın bu addımını pisləyib, son hadisələrdən narahat olduqlarını bildiriblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR