Avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO)

Avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO)
11:08 7 Yanvar 2016
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakı Dairəvi - 1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

“Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, 16 paqon-metr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.

Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyri-xətli dəmir tirlərə çırpılıb.

İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1525 manat məbləğində ziyan dəyib. “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR