"Qızıl Top"un sahibi "bəlli oldu" (FOTO)

"Qızıl Top"un sahibi "bəlli oldu" (FOTO)
19:11 7 Yanvar 2016
273 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın rəsmi saytı səhvən 2015-ci ilin ən güclü futbolçusunun adını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, FİFA "Qızıl Top"un qalibinin Lionel Messi olacağını bəyan edib.

Qadınlarda isə ilin ən yaxşısı kimi almaniyalı Selia Sasiç göstərilib. Sayt sonra paylaşdığı xəbəri silib. Lakin saytın paylaşdığı məlumat "print skrin" olunaraq sosial şəbəkələrdə yayılıb.


FİFA-nın rəsmi saytı

Bir müddət əvvəl FİFA "Qızıl top" mükafatı uğrunda son 3 namizədin adını açıqlayıb. Namizədlər portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu, "Barselona" və Argentina millisinin lideri Lionel Messi və braziliyalı Neymardır. Mərasim 11 yanvarda İsveçrənin Surix şəhərində olacaq.


Lionel Messi - futbolçu

Messi 2009, 2010, 2011 və 2012-ci illərdə “Qızıl top”u qazanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR