Leyla Əliyeva uşaqları Yeni il və Milad bayramı münasibəti ilə təbrik edib

Leyla Əliyeva uşaqları Yeni il və Milad bayramı münasibəti ilə təbrik edib
22:48 7 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 7 yanvar, AZƏRTAC
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva uşaqları Yeni il və Milad bayramı münasibətilə təbrik edib.
Leyla Əliyevanın təşəbbüsü ilə Fondun nümayəndələri 1000 kitab və şirniyyatı aztəminatlı ailələrin uşaqları və bazar günü məktəblərinin şagirdləri üçün Xilaskar İsa Kafedral Kilsəsinə veriblər.
Bayram günlərində Rusiyanın 30 regionunda uşaq evlərinin sakinləri də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından Milad hədiyyələri alıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Leyla_Aliyeva_usaqlari_Yeni_il_ve_Milad_bayrami_munasibeti_ile_tebrik_edib-916812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR