Millət vəkili: "Qeysəriyyə əməliyyatlarının artmasında biznes maraqları var"

Millət vəkili: "Qeysəriyyə əməliyyatlarının artmasında biznes maraqları var"
12:22 8 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

"Qeysəriyyə əməliyyatını tamamilə qadağan etmək də olmaz. Əməliyyata ciddi, tibbi göstərişlərə əsaslanaraq gedilməlidir". Milli.Az Faktxeber.com-a istinadən bildirir ki, bunu millət vəkili Musa Quliyev söyləyib. O bildirib ki, nazirlik hər bir klinikadan qeysəriyyə kəsiyi əməliyyatının hesabatını istəməlidir.

"Qeysəriyyə əməliyyatı aparılarkən konsilium qərar olmalıdır. Doğuşun hansı üsulla aparılacağına bir deyil, bir neçə həkim qərar verməlidir. Şübhəsiz ki, burada biznes maraqları var. Həkimlərimiz baha olduğuna görə bir çox hallarda qeysəriyyə kəsiyi əməliyyatını seçirlər", - deyə deputat bildirdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR