“Neuron Technologies” Tanzaniyada təhsil sisteminə aid beynəlxalq tenderə qatılıb

“Neuron Technologies” Tanzaniyada təhsil sisteminə aid beynəlxalq tenderə qatılıb
13:58 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
“Neuron Technologies” şirkəti informasiya texnologiyaları sahəsində həllərinin müxtəlif ölkələrdə fəal təşviqinə başlayıb. Şirkət Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir. Hazırda “Neuron Technologies” Tanzaniyada dövlət təhsil sistemi üçün “Tələbə məlumatlarının idarə edilməsi sisteminin tətbiqi” üzrə beynəlxalq tenderə qatılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tenderin tələblərinə görə, Tanzaniyanın Dövlət Təhsil Təsisatı üçün tələbə məlumatlarının idarə edilməsi sistemi işlənib hazırlanmalı, proqram təminatı və avadanlıq-aparat sistemi təchiz edilməlidir. Eyni zamanda, təlimlər keçirilməli, konsultasiya və davamlı dəstək xidmətləri göstərilməlidir. Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 1 ay müddətində məlum olacaq.
“Neuron Technologies” bu prosesdə artıq ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiqinə başladığı “Unibook” tədrisin informasiya idarəetmə sisteminə əsaslanan “Tələbə məlumatlarının idarə edilməsi” həlli ilə iştirak edir. Azərbaycanda tətbiq olunan bu sistem təhsil üzrə beynəlxalq ekspertlərin müsbət rəyini alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR