Türkiyədə ŞOK fətva: "Atanın qızına şəhvət duyması..."

Türkiyədə ŞOK fətva: "Atanın qızına şəhvət duyması..."
20:53 8 Yanvar 2016
164 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Dəyanət İşləri Vəqfinin rəsmi saytında atanın öz qızına şəhvət hissi duyması barədə sualın şərh edilməsi bu ölkədə böyük səs-küyünə səbəb olub.

 

Lent.az birgun.com-a istinadən xəbər verir ki, idarə fətvanı İslam dininin qaynaqlarının fərqli mülahizələri əsasında verib. Fətvada deyilir: “Atanın öz qızını şəhvətlə öpməsi və ya onu qucaqlamasının nikaha aidiyyatı yoxdur. Atanın qızını düşünərək şəhvət duyması da haram deyil. Bunun üçün həm də qızın 9 yaşına çatması lazımdır”.

 

Qeyd edək ki, sual atanın öz qızına şəhvət duyması halında həyat yoldaşı ilə nikahının pozulub-pozulmadığı barədə olub.

 

Dəyanət İşləri Vəqfi isə sonrada bu sual-cavabı saytından çıxararaq təkzib xarakterli məlumat yayıb və bunun kimlərsə tərəfindən qurumun nüfuzunu zədələmək üçün məqsədli şəkildə edildiyini iddia edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR