Uşaqların sayı orqanizmin qocalması prosesini yavaşıdır

Uşaqların sayı orqanizmin qocalması prosesini yavaşıdır
21:18 8 Yanvar 2016
112 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Saymon Freyzer Universitetinin (Kanada) tədqiqatçıları hesab edirlər ki, dünyaya gətirilən uşaqların sayı qadın orqanizminin qocalması sürətinə təsir edir.
AZƏRTAC “Rossiyskaya qazeta” saytına istinadla xəbər verir ki, çoxlu uşağı olan qadının telomerləri daha uzundur.
Telomerlər DNT-ni zədələrdən qoruyan xromosom uclarıdır. Qadın yaşa dolduqca, onlar yığılır.
Alimlər Qvatemalada apardıqları 13 illik tədqiqat zamanı iki qonşu kənd icmasının 75 qadınının dünyaya gətirdiyi uşaqların sayı ilə həmin qadınların telomerlərinin uzunluğunu tutuşdurublar.
Tədqiqatçıların sözlərinə görə, uşaqların sayının çox olması bioloji qocalma prosesinin sürətləndirməsi barədə populyar nəzəriyyəni alt-üst edir.
Uşaqları çox olan qadınlarda telomerlərin daha ləng yığılması, çox güman, hamiləlik dövründə ifraz olunan estrogen (estradiola) hormonunun xeyli çoxalması ilə bağlıdır. Estrogen hüceyrələri telomerlərin yığılmasını yavaşıdan güclü antioksidantdır.
Bundan əlavə, alimlər tədqiqat iştirakçılarının əhatə olunduğu sosial mühitin müsbət təsirini də istisna etməyiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaqlarin_sayi_orqanizmin_qocalmasi_prosesini_yavasidir-917093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR