Xalq Yazıçısı Süleyman Rəhimovun şəxsi fondu zənginləşdirilir

Xalq Yazıçısı Süleyman Rəhimovun şəxsi fondu zənginləşdirilir
08:18 9 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
Xalq Yazıçısı Süleyman Rəhimova məxsus yeni sənədlər Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub.
Arxiv direktorunun müavini Könül Nəsibova AZƏRTAC-a bildirib ki, yeni sənədlər sırasında yazıçının xatirələri, əlyazmaları, məktubları, fotoları ilə yanaşı, ən çox da onun yarımçıq qamış əsərləri yer alıb.
Qeyd olunub ki, nasirin yaxınları tərəfindən arxivə 3 mindən çox sənəd təqdim edilib. Hazırda arxivin əməkdaşları təqdim edilmiş materialların siyahısını hazırlayırlar.
Arxivdə sistemləşdiriləcək bu sənədlər Süleyman Rəhimovun gələcək tədqiqatçıları üçün ən dəyərli mənbə olacaqdır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Yazichisi_Suleyman_Rehimovun_sexsi_fondu_zenginlesdirilir-917109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR