"Camaatın qızı gəlinciklə gəzir, mənimki tapança oynadır" - Gülay

"Camaatın qızı gəlinciklə gəzir, mənimki tapança oynadır" -  Gülay
18:16 11 Yanvar 2016
112 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Gülay Zeynallının başına iş gəlib.

Axşam.az-ın məlumatına görə, ailəsi ilə istirahətə yollanan sənətçinin avtomobili qarda batıb.

Gülay Zeynallı bu haqda “ATV maqazin onlarla” verilişində danışıb:

“Dekabrın 31-də bayramı keçirdik, səhəri Qubaya getdik. Dörd-beş ailəvi dostlar gəzməyə çıxdıq, maraqlı oldu. Təbiətin başımıza açdığı gözəl hadisə ilə qarşılaşdıq. Qardan maşınımız getmədi, batıb qaldı. Rayon camaatı köməyimizə gəldi”.

Gülay Zeynallı qızı Sahilədən bəhs edib. O, qızının atası ilə çox vaxt keçirməsinə və buna görə sosial şəbəkədə onu qınayanlara da cavab verib:

“Qız uşaqları ataya meyilli olur. Kamil (həyat yoldaşı, idmançı Kamil Zeynallı - red.) uşağı səs-küylə oynadır. Mən isə istəyimi sakit yaşayıram. Qızım tapançayla, maşınlarla oynamağı xoşlayır. Camaatın qızı gəlinciklə gəzir, mənimki tapança oynadır. Qızımı heç vaxt klipimə çəkmərəm. Getsin dərslərini oxusun".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR