Təhsil Nazirliyi direktor olmaq istəyənlər üçün müsabiqə elan edib

Təhsil Nazirliyi direktor olmaq istəyənlər üçün müsabiqə elan edib
15:42 12 Yanvar 2016
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. 
Nazirlikdən "Report"a verilən məlumata görə, Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edəcək təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnən, informasiya texnologiyalarına bələd, ölkənin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdən ibarətdir.
Təlimlər çərçivəsində iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyi əməkdaşlarının və təhsil ekspertlərinin iştirakı ilə məruzələr təşkil ediləcək.
Təlimlərdə iştirak edən şəxslər Təhsil Nazirliyinin təşkil edəcəyi yekun qiymətləndirməyə qatılacaqlar. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərən və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin fəaliyyətlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmə tədbirləri görüləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-direktor-olmaq-isteyenler-ucun-musabiqe-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR