Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Dünya tarixində şəxsiyyətlərin rolu" adlı layihənin icrası başa çatıb.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə tarixi şəxsiyyətlərdən, onların ictimai-siyasi hadisələrə təsirindən danışılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin iştirakı ilə təşkil olunan layihə iki mərhələdə icra olunub, qalib komandalar diplomlarla təltif edilib.
“Dünya tarixində şəxsiyyətlərin rolu” layihəsinin icrası başa çatıb
“Dünya tarixində şəxsiyyətlərin rolu” layihəsinin icrası başa çatıb