FİFA-nın korrupsiya qalmaqalına görə Qvatemala Futbol Federasiyasının sabiq prezidenti Brayan Ximenesi həbs edilib.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, eks-prezident rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, bir müddət əvvəl federasiyanın keçmiş baş katib Hektor Truxilyo haqda da saxlanılma əmri çıxarılıb. O, ötən ay ABŞ-da saxlanılıb.

Milli.Az