Hazırda Hindistan çempionatında çıxış edən "Dehli Dinamos"u çalışdıran Roberto Karlos məşqçi karyerasını sabiq komandası "Real"da davam etdirməyə çox yaxındır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatına açıqlamasında 42 yaşlı mütəxəssisin özü məlumat verib.

O, "Real"da işləməyin şərəfli iş olduğunu bildirib: "Real"da işləmək mənim üçün böyük şərəf olar. Madrid klubu ilə danışıqlar aparmışam. Vaxtım var. Cümə günü qərarımı açıqlayacağam".

Qeyd edək ki, Karlosun "Real"da idman direktoru olacağı gözlənilir.

Milli.Az