Pakistan Hərbi Dəniz Qüvvələri komandanının Azərbaycana səfərinin tarixi açıqlanıb

Pakistan Hərbi Dəniz Qüvvələri komandanının Azərbaycana səfərinin tarixi açıqlanıb
15:22 13 Yanvar 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Məhəmməd Zakaullah yanvarın 14-də Azərbaycana səfərə gələcək.
Bu barədə "Report"a diplomatik mənbələrdən məlumat verilib.
Səfəri zamanı M.Zakaullah Azərbaycanın müdafiə nazirini Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, Hərbi Dəniz Qüvvələrinin komandanı və digər rəsmilərlə görüşəcək.
Müzakirələr zamanı iki ölkənin HDQ arasında əməkdaşlıq, qarşılıqlı olaraq Azərbaycan və Pakistanın hərbi məktəblərinə kursantların göndərilməsi, hərbi təhsil sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR