Futbolun vətəni böhrana doğru gedir (FOTO)

Futbolun vətəni böhrana doğru gedir (FOTO)
23:01 13 Yanvar 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə çempionatının əfsanəvi “şir” loqosu ləğv olunur.

ANS PRESS-in məlumatına görə, premyer liqanın növbəti mövsümündə əfsanəvi “şir” simvolu olmayacaq.

Belə ki, müqaviləyə əsasən “Barclays” premyer liqası hər il 40 milyon funt (90 milyon 724 manat) ödəyir. Lakin Sky və BT televiziya kanalı çempionatın oyunlarını yayımlamaq üçün 5 milyard funt ( 11 milyard 340 milyon 500 min manat) ayırıblar.

Premyer liqanın rəhbərliyi isə yeni müqavilənin bağlanmasında sponsor vəsaitlərinin böyük həcmdə artırmağından ehtiyat edirlər.

Ona görə də bankirlər İngiltərə premyer liqası ilə müqaviləni uzatmaqdan imtina ediblər. 2016-2017-ci ildə dünyanın ən bahalı çempionatında titullu sponsor olmayacaq.


İngiltərə çempionatının simvolu

Artıq çempionata yeni loqo hazırlanır. Premyer Liqa 1993-2001 illəri arasında "Carlingin" spornsorluğunda oynansa da, 2001-ci ildən "Barclays" bankının sponsorluq etməyə başladı.



1992-93 mövsümündən bu yana cəmdə 45 klubun mübarizə etdiyi çempionatda yalnız 5 komanda qalib gəlib. Bunlar "Mançester Yunayted" (13 dəfə), "Çelsi" (4 dəfə), "Arsenal" (3 dəfə), "Mançester Siti" (2 dəfə) , "Bolton Rovers"dir. (1 dəfə).


İngiltərə çempionatının turnir cədvəli

Hazırda İngiltərə çempionatının lideri "Arsenal"dır. İngiltərənin ən titullu komandası M.Y isə 6-cı yerdədir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR