Bakı Musiqi Akademiyasının tələbələri beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb

Bakı Musiqi Akademiyasının tələbələri beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb
19:33 14 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin ikinci kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov Sankt-Peterburqda keçirilən “Global Fest Peterburq 2016” beynəlxalq müsabiqəsində üçüncü yerə layiq görülüblər.
Bu barədə AZƏRTAC-a Cavid Əzizov məlumat verib.
Əməkdar Müəllim, professor Nəzakət Rimazinin sinfində təhsil alan C.Əzizov müsabiqənin 17-21 yaş qrupunda, Əməkdar İncəsənət Xadimi, professor Oktay Abasquliyevin sinfində təhsil alan Vüsal Aydəmirov isə 22-30 yaş qrupunda solo nominasiyası üzrə üçüncü yeri qazanıblar.
Həmçinin Əməkdar Müəllim, professor Nərminə Quliyevanın fortepiano ansamblı sinfinin tələbələri olan C.Əzizov və V.Aydəmirov müsabiqənin 17-30 yaş qrupu üzrə ansambl nominasiyasında da üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, müsabiqədə 10 ölkədən musiqiçilər iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR