Bizi məhkum edən fikirlər: onları siz də bilin

Bizi məhkum edən fikirlər: onları siz də bilin
22:47 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Obsessiv- kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox onların hər ikisinin mövcudlugu ilə xarakterizə olunan, kəskin stress  pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur.                                                                                  

Obsessiya - güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadagaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur.

Kompulsiya - pasiyent "qeyri-adi, fövqaltəbii" şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərin qarşısını almaq və ya həyacanı, gərginliyi azaltmaq üçün ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir.                                                                    

Fiziki Kompussiyalar - tez-tez əl yuma, qapıları baglama və s. Kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir.

Psixi kompulsiyalar - kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qargışlar kimi sarışan pozuntulardır.

Milli.Az dushunce.az-a istinadən bildirir ki,  obsessiv- kompulsiv pozuntunun başlanmasına xas olan orta yaş dövrü 19- 30 yaşdır. Təxminən 25% pasiyentlərdə xəstəlik 14 yaşından sonra başlayır. Xəstəliyin daha erkən başlangıcı simptomların kəskin təzahürü, daha çox kompulsiyaların olması ilə (obsessiyasız) xarakterizə olunur. Belə hallarda komorbid pozuntular (fikirlər, diqqət çatışmazlığı hiperaktivlik sindromu və təşviş pozuntusu) və müalicəyə həssaslığın olmaması müşahidə olunur.

Obsessiv- kompulsiv pozuntudan əziyyət çəkən xəstələrin yarısında suisidal  (özünə qəsd) fikirlər, 25% -də isə suisidal cəhdlər qeyd oluna bilər. Özünə qəsd cəhdi daha cox yanşı gedən depressiya ilə əlaqədar yaranır. Obsessiv- kompulsiv pozuntu həyat keyfiyyətinin və sosial adaptasiyanın nəzərə çarpacaq dərəcədə enməsi ilə assosiasiya olunur. Məsələn, Obsessiv- kompulsiv pozuntusu olan xəstələr obsessiyanı və kompulsiyanı yaradan vəziyyətdən  vəya insanlara zərər yetirə bilmə qorxusuna görə onlara münasibətdən qaça bilərlər. Eyni zamanda obsessiyalarla əlaqədar olaraq onlar həkimə müraciət etməkdən də qaçırlar. Bəzi xəstələr ailə münasibətlərinə neqativ təsir edən öz qayda və qadagalarını yaymağa çalışırlar.      

Obsessiv- kompulsiv pozuntunun inkişaf etməsində  - irsiyyətində OKP-nin və tik pozuntunun olması, qeyri-kafi həyat şəraiti, cinsi, dini və gigiyena sahəsində uygunlaşa bilməyən mövqenin forməlaşması ilə əlaqədar yarana mədəni-sosial amillər, neqativ emosianallıq, inkişaf prosesinə davranışın təsiri, uşaqlıqda baş verən fiziki, cinsi zorakılıq və infeksiyadan sonra yaran mış autoimmun sindromu risk amillərini göstərmək olar.

Əsas sarışan fikirlər və ya düşüncələr

Onlar demək olar ki, xəstəyə əziyyət verən ideyalar, fikir obrazları və ya hərəkətə təhrik etmə formasını ala bilərlər. Bəzən ideyalar tam olmayıb, gündəlik həyata aid olan adi, lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmaması ilə əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olur. Sarışan düşüncələr və depressiya arasında əlaqə xüsusi ilə sıxdır.Buna görə də obsessiv- kompulsiv pozuntu diaqnozuna o halda üstünlük vermək olar ki, əgər sarışan fikirlır depressiya epizodu olmadan yaranır və saxlanılır.

Əsas kompussiv hərəkətlər

Kompussiv məcburi hərəkətlərin əksəriyyəti çirkin təmizlənməsinə aid olur, potensial təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin alınması üçün təkrari yoxlamalara və ya təmizkarlıga və səliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın əsasında posiyenti gözləyən təhlükədən və ya onun özünün başqa birisini dükar etməsi qorxusu durur və ritual hərəkətlər nəticəsiz qalır və ya təhlükənin qarşısını almaq üçün sinvolik cəhdlər olur.

Həkim pasiyentin halını diqqətlə müşaidə edir. Ona ya medikamentoz müalicə ya da qeyri-medikamentoz müalicə yazır. Medikamentoz müalicə orta ifadəli və ya ağır OKP simptomları olan pasiyentlərə təyin edilməlidir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR