[ 11 Fevral 2015 17:32 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Elvin Əzimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verərək özünü qismən təqsirli bildiyini deyib.

Proses fevralın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Elvin Əzimov anası Esmira Əzimovanı bıçaqlayaraq qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir.