Füzuli rayonunun icra başçısı aksiya keçirilən kəndin sakinləri ilə görüşüb

Füzuli rayonunun icra başçısı aksiya keçirilən kəndin sakinləri ilə görüşüb
13:57 15 Yanvar 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Alıyev iki gün əvvəl aksiya keçirilmiş Böyük Bəhmənli kəndinin sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. RİH-dən "Report"a verilən məlumatına görə, görüşdə sakinlər kənd yolunun bərpa olunmasını, yararsız vəziyyətdə olan elektrik transformatorunun dəyişdirilməsini və ərzağın qiymətinin bahalaşmasının qarşısının alınmasını icra başçısından xahiş ediblər. 

İcra başçısı görüşdə sakinlərə bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən əlavə dəyər vergisindən (ƏDV) azad olunub, ölkə ərazisdə unun və çörəyin qiyməti aşağı salınıb. İcra başçısının göstərişənə əsasən Böyük Bəhmənli kəndində iki ədəd yeni elektrik trasformatoru quraşdırılıb. Həmçinin, icra başçısı kənd yolunun bərpa olunacağına da söz verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR