Bakı, 11 fevral, AzərTAc
Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası Çempionlar Liqası yarışlarının birinci pley-off mərhələsinin ilk oyununda İtaliyanın “Yamamay” klubu ilə qarşılaşır.
AzərTAc xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzindəki keçirilən oyunun baş hakimi polşalı Pyotr Dudekdir. Ona latviyalı Salvis Kurtiss kömək edir.
Pley-off mərhələsinin cavab görüşləri isə bir həftə sonra - fevralın 18-də İtaliyanın Busto Arsizio şəhərindəki “Palayamamay” arenasında keçiriləcək.