Müğənni Elnarə Xəlilova növbəti dəfə oğul anası olacaq.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, dördüncü övladına hamilə olan xanım müğənninin körpəsinin cinsinin məlum olduğunu deyib.
Elnarənin oğlan dünyaya gətirəcəyi məlum olub.
Xatırladaq ki, telejurnalist Rövşən Cahangirovla ailəli olan Elnarənin üç övladı var. Onların Burla Xatun adlı qız, Tuğər Harun və Öndər Xaqan adlı oğlan övladları var.
Övladlarına fərqli adlar qoyan Rövşən və Elnarənin dördüncü uşaqlarının da adı fərqlənəcək.
Milli.Az