ADU-da “20 Yanvar - azadlığa gedən zirvə” mövzusunda “dəyirmi masa”

ADU-da “20 Yanvar - azadlığa gedən zirvə” mövzusunda “dəyirmi masa”
19:28 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “20 Yanvar - azadlığa gedən zirvə” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilib, bu faciə nəticəsində qətlə yetirilənlər arasında uşaq, qadın, gənc və yaşlı insanların olduğu qeyd edilib. ADU-nun tələbəsi Ülvi Bünyadzadənin də imperialist qüvvələr tərəfindən törədilmiş həmin hadisənin qurbanlarından olduğu qeyd edilib, onun meydan hərəkatlarında iştirakından, vətənpərvərliyindən söz açılıb. Bu günün xalqımızın tarixində hüzn və milli qürur günü olduğu diqqətə çatdırılıb.
Çıxış edənlər milli azadlıq yolunda canlarından keçən Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildiriblər.
Vurğulanıb ki, Vətən və millətimizin azadlığı uğrunda qurban gedən qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək hər bir gəncin mənəvi borcudur.
Sonda tələbələr 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndirib, mövzu ilə bağlı fikirlərini bildiirblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADU_da_20_Yanvar___azadliga_geden_zirve_movzusunda_deyirmi_masa-918923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR