Şəhid ailələri üçün prezident təqaüdü artırıldı

Şəhid ailələri üçün prezident təqaüdü artırıldı
14:49 16 Yanvar 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü"nün artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü"nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən edilsin.

2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2013, № 8, maddə 896) 1-ci hissəsində "200 (iki yüz)" sözləri "220 (iki yüz iyirmi)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR