“Peugeot Citroen” şirkəti ötən il 3 milyona yaxın avtomobil satıb

“Peugeot Citroen” şirkəti ötən il 3 milyona yaxın avtomobil satıb
18:08 16 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Elvin Camalov, AZƏRTAC
Fransız avtomobil istehsalçısı olan “Peugeot Citroen” ötən il dünya miqyasında 2 milyon 973 min avtomobil satıb.
AZƏRTAC “tr.euronews.com” saytına istinadla xəbər verir ki, bu rəqəm şirkətin 2014-ci ildə satdığı avtomobil sayından 1,2 faiz çoxdur.
Qeyd edək ki, şirkət ötən il satış sayını Avropa, Orta Şərq və Şimali Amerika ölkələrinin hesabına artırıb. Latın Amerikası və Rusiyada isə satışlar aşağı düşüb.
“Peugeot Citroen” şirkəti Fransadan sonra vaxtılə ikinci əsas bazarı hesab edilən İranda beynəlxalq sanksiyalar qaldırılandan sonra yenidən satışlarını davam etdirməyi planlaşdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR