Madrid, 19 yanvar, AZƏRTAC
Kolumbiyanın elespectador.com portalında "Azərbaycan müstəqilliyə yol açmış "Qara Yanvar"ı qeyd edir" adlı məqalə verilib.
Məqalədə bildirilir ki, 26 il əvvəl Sovet İttifaqı Azərbaycanın müstəqillik istəyini boğmaq və kommunist rejimini qorumaq məqsədilə Bakıya xüsusi təyinatlı ordu və ağır texnika yeridib.
Yazıda Azərbaycanın Meksikada və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarovun fikirlərinə də yer verilib. Səfir 20 Yanvar faciəsini Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin bir hissəsi kimi qiymətləndirib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid