Bakı, 20 yanvar, Elvira Məmmədova, AZƏRTAC
Qanlı Yanvar gecəsində keçmiş SSRİ rəhbərliyinin qanunsuz olaraq Bakının küçələrinə qoşun yeritməsinə etirazını bildirən dinc sakinlər azğınlaşmış imperiya ordusu tərəfindən gülləboran edilib, günahsız insanların həyatına son qoyulub. O vaxtdan Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilib.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gələn paytaxt sakini Fəridə Aslanova AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir.
Allah şəhidlərimizə rəhmət eləsin!