Bakı, 21 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Qanlı yanvar gecəsi xalqımızın yaddaşnda silinməz iz qoyub. O dəhşətli gecədə şəhid olan həmvətənlərimiz Azərbaycanın tarixində parlaq bir səhifə yazdılar, müstəqilliyimizə, milli azadlığımıza aparan yolun əsasını qoydular.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin ikinci kurs tələbəsi Camal Kərimli deyib.
C.Kərimli mülki əhaliyə qarşı odlu silah tətbiq edən, günahsız insanları öldürən Sovet ordusunun törətdiyi azğınlığın heç bir çərçivəyə sığmadığını bildirib. Yaralı insanların köməyinə tələsən təcili yardım maşınlarının ağır texnika vasitəsilə məhv edilməsi əməliyyatı keçirənlərin necə qəddar, qaniçən olduğunu sübut edir.
Bütün bu vəhşiliklərə baxmayaraq, 20 Yanvar hadisələri Azərbaycanın qan yaddaşına azadlıq mübarizəsinin parlaq bir səhifəsi kimi həkk olunub. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhunu heç zaman unutmayacağıq.