ANS PRESS-in məlumatına görə, “Kral” klubu tarixində 11-ci dəfə ən çox gəlir gətirən klub olub. Bu barədə "Reuters" "Delolite" kompaniyasına istinadla bildirib.
2014/15-ci ilin nəticələrinə görə “Real Madrid” 577 milyon ( 1 milyard AZN ) avro gəliri olub. Əvvəlki mövsümlə müqayisədə 27,5 (47 milyon AZN ) milyon avro çoxdur.
Ötən mövsum “Real” klublar arası Dünya çempionu və UEFA-nın super kubokun qalibi olub.
İkinci pillədə “Barselona” (560 milyon avro – 977 milyon AZN ) klubudur. “Barsa” ötən mövsüm İspaniya çempionatı, İspaniya kuboku və Çempionlar liqasını qazanıb.
3-cü yerdə İngiltərənin ən titullu klubu “Mançester Yunayted”ir. ( 519, 5 milyon avro – 905 milyon 705 min AZN). İlk onluqda Azərbaycan klubu siyahıda yoxdur.
1.“Real Madrid” – 577 milyon avro
2.“Barselona” – 560 milyon avro
3.“Mançester Yunayted” 519 milyon avro
4.PSJ – 480 milyon avro
5.“Bavariya” – 474 milyon avro
6.“Mançester Siti” – 463,5 milyon avro
7.“Arsenal” – 435,5 milyon avro
8.“Çelsi” – 420 milyon avro
9.“Liverpul” – 391, 8 milyon avro
10.“Yuventus” 323, 9 milyon avro
İspaniya çempionatının 20-ci turunda “Kral" klubu 5:1 hesabı ilə “Sportinq”i darmadağın edib. “Real” 43 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Növbəti turda "Real Madrid" "Real Betis"in qonağı olacaq.
"Real Madrid" 5-1 "Sportinq"

İspaniya çempionatın turnir cədvəli - ilk 6 komanda