Bakı, 12 fevral, AzərTAc
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) musiqi kollektivləri səsyazma evinin Uşaq Musiqili Teatrı “Ümid yeri” kimsəsiz uşaqlar evinin uşaqları qarşısında konsert proqramı ilə çıxış edib.
Musiqi Kollektivlərinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, konsert proqramı kompozisiya şəklində uşaqlara təqdim olunub. Tədbirdə Uşaq Teatrının üzvləri iştirak ediblər.
Qeyd edək ki, Uşaq Musiqili Teatrının məqsədi Azərbaycanın ən istedadlı uşaqlarını bir yerə toplamaq və televiziya vasitəsilə onları təbliğ etməkdir. Uşaq Musiqili Teatrı bu yaxınlarda Türkiyədə keçirilən festivalda iştirak edəcək.
Uşaq Musiqili Teatrının üzvləri uşaqlar qarşısında konsert proqramı ilə çıxış edib
Uşaq Musiqili Teatrının üzvləri uşaqlar qarşısında konsert proqramı ilə çıxış edib