Bosniya və Herseqovinanın "Sarayevo" klubunun futbolçularına "Facebook" profillərindən istifadə etmək qadağan olunub.
Milli.Az Publika.az-a istinadən bildirir ki, bu barədə baş məşqçi Miodraq Yeşiç qərar verib. Mövsümə yaxşı başlamayan və 18 turdan sonra lider "Sloboda"dan 6 xal geri qalaraq 5-ci pilləni tutan "Sarayevo"nun baş məşqçisi bu qərarla futbolçuların məşqlərə daha məsuliyyətli yanaşmasına, həmçinin lazımsız mübahisələrə qoşulmamasına çalışır.
Yasaqdan sonra "Facebook" hesabından açıqlama verən suriyalı futbolçu Əhməd Kallasi: "Klubun qəbul etdiyi qərara uyğun olaraq bir müddət "Facebook" hesabımdan istifadə etməyəcəm. Bu qərar bütün futbolçular üçün keçərli olacaq", - deyib.
Milli.Az