Noyabr ayında Siyerra-Leonedə Ebola virusuna son qoyulduğunun elan edilməsinə baxmayaraq, yanvarın 21-də ikinci şəxsin bu virusa yoluxduğu bildirilib.

Milli.Az Publika.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, birinci yoluxma hadisəsi bir qadında keçən həftə müəyyən edilib. Qadın yanvarın 12-də vəfat edib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü bildirib ki, qadın xəstə olduğu zaman ona qulluq edən xalasının analiz nəticələri müsbət çıxıb.

O deyib ki, qadının xalası nəzarətə götürülüb və müalicə olunur.

Ebola epidemiyası Cənubi Afrika, Liberiya və Qvineyada 11 min insanın ölümünə və 28 mininin yoluxmasına səbəb olub.

Milli.Az