“Dietoloqun məsləhəti sayəsində arıqlamışam. Sağlam həyat tərzi keçirirəm. Biz üzdə olan insanlarıq. Əvvəl efirdə özümü görüb əsəbiləşirdim. Artıq bu kompleksdən xilas olmuşam”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aşıq Samirə Əliyeva “Hər şey daxil” verilişində deyib. O, imicini dəyişəcəyini bildirib:

“Ətrafımda olan insanlara mənfilərimi deməyi icazə verirəm. Hər dəfə efirdən sonra dostlarım yığıb qınayırdılar: “Nə gündəydin? Bu nə makiyaj idi?”. Nə qədər tonal kremlə üz yığmaq olardı? İndi arıqlamışam, istədiyim kimi görünürəm. İmicimdə də dəyişikliklər edəcəm. İnsanlar məni heç vaxt təsəvvür etmədikləri saç düzümündə görəcəklər”.

S.Əliyeva sevgidən də bəhs edib:

“Sevmək günah deyil. Hər bir insanın buna haqqı var. Mən də sevməli, yaşamalıyam. Sevdiyim olsa gizlətməyəcəm”.