Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının VIII turu çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Telekom” komandası yarışda müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” klubu ilə qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarındakı təmsilçimiz “Telekom” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnir cədvəlinə 23 xalla “Telekom” komandası liderlik edir. “Azərreyl” 22 xalla ikinci, “Lokomotiv” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.