Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 29-da Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə M*-S** kateqoriyalı yarış keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın ümumi mükafat fondu 5 min manatdır.
Yerli hakimlər kollegiyasının nəzarət edəcəyi yarışda müxtəlif klubların idmançıları “Sərhədçi kuboku” uğrunda mübarizə aparacaqlar.