Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-dən 29-dək Kişineu şəhərində (Moldova) Əməliyyat İmkanları Konsepsiyası proqramı üzrə NATO qiymətləndirilməsi üçün məsləhətçi görüşü, yanvarın 25-dən 30-dək isə Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun regional kollektiv təlimi planlaşdırma konfransı keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.