Əməkdar artist Zöhrə Abdullayeva "ATV Maqazin Onlarla" verilişində yerli xanım müğənnilərdən birini ağ yuyub, qara sərdi. Milli.Az gecce.az-a istinadən xəbər verir ki, söhbət Günay İbrahimlidən gedir:
"İncəsənət yarım lüt olub, səhnəyə çıxmaqdı? Çimərlik geyimi ilə səhnəyə çıxır. Qəşəng qızsan. Qadın nə qədər qapalı olsa, o qədər maraqlı olar. Günay İbrahimli, özün kimi ol. Avropa səhnəsinə baxıb, elə şeylər eləmə. Klip çəkdirən zaman yataqda uzanmaları mənə çatmır. Bəlkə mən geridə qalmışam?
Ajda Pekkan nə geyimdi geyinir. Dəniz geyimi ilə səhnəyə çıxmaq olmaz o yaşda. Ajda gözəl görünür, amma makiyajsız onu görməsəz yaxşıdı. Emel Sayın ondan gözəl görünür. Onun həkimi çox yaxşıdı. Onun həkiminə, böyük məmnuniyyətlə, nəsə elətdirərəm. Hələ üzümə plastik müdaxilə olmayıb. Səhnəyə görə nə lazımdırsa, edəcəm. Əgər tamaşaçılar sifətimə baxıb, "xarab olub" desələr, məcbur olub nəsə etdirəcəm".
Milli.Az