Bakı, 25 yanvar, AZƏRTAC
“Lester” futbol klubunun yarımmüdafiəçisi Riyad Marez 2015-ci il üçün Əlcəzairin ən yaxşı futbolçusu adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, səsvermənin nəticələrinə görə, 24 yaşlı futbolçu “Sportinq”də çıxış edən İslam Slimani və “Portu”da forma geyən Yasin Braimini üstələyib.
R.Marez cari mövsümdə İngiltərə Premyer Liqasının 22 turunda 13 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.