“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, belə təşəbbüsün əhəmiyyəti ondan ibarətdir ki, tutumlu şəkil müşahidə kameraları tərəfindən çəkilmiş görüntülərdə cinayətkarı daha sürətli və effektiv tanımağa imkan verəcək. Bu halda insanın sifətini qismən örtən obyektlər onun tanınmasına mane olmayacaq. “3D” kameralar bütün region üzrə “102” polis bölməsində qurulacaq və çəkilmiş sifət cizgiləri mərkəzi polis departamentinin məlumat bazasında saxlanılacaq.
Emil Hüseynov