ANS PRESS-in məlumatına görə, Belçikada anadan olan futbolçu Öztürk bu yaxınlarda ata olacaq. Məlumata görə, onların əkiz övladları olacaq.
Futbolçunun həyat yoldaşı model Ebru Şançıya hədiyyə etdiyi avtomobilin qiyməti 1 milyon 150 min TL (614 min AZN - red.) təşkil edir.
Şançı sosial şəbəkədə avtomobilin şəklini paylaşaraq “Ad günü hədiyyəm” yazıb.

Ebru Şançının hədiyyəsi

Ebru Şançı - Arpaslan Öztürkün həyat yoldaşı
Alparslan Öztürk Belçikanın "Standart" klubundan "Eskişehirspor"a icarəyə verilib. Futbolçu "Birminqem Siti" klubunun aşağı liqasında 2 il oynayıb. Alparslan Öztürk bu mövsum hələ heç bir oyuna çıxmayıb.
Bir müddət əvvəl də "Fənərbağça"nın futbolçusu Caner Erkin də boşandığı həyat yoldaşına maşın hədiyyə edib. Futbolçu 6 illik həyat yoldaşı Asena Erkinə 2 milyon 700 min TL (1 milyon 433 min AZN ) dəyərində lüks "Jeep" hədiyyə edib.