Məlumata görə, keçən il Mərkəzdə ümumilikdə uşaqlar üzərində keçirilən əməliyyatların sayı 300-ü keçib. "Mərkəzdə hətta 1 günlük, 4 günlük uşaqların ürəklərində əməliyyat aparılır. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir", - deyə məlumatda bildirilib.
Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb. Əgər 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enib.
Qeyd edək ki, Mərkəz 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılıb.